Zəmanət öhdəlikləri

  1. Azərbaycan Respublikası ərazisində Xiaomi şirkəinin zəmanət öhdəlikləri (bundan sonra “İstehsalçı” adlanacaq) yalnız Azərbaycan Respublikasına çatdırılması və satışının həyata keçirilməsi nəzərdə tutulan və Azərbaycan Respublikasının müvafiq standartlarına uyğun olaraq sertifikatlaşmadan keçmiş Xiaomi əmtəə nişanlı məhsullara şamil olunur.
  2. Bütün zəmanət müddəti ərzində məhsula zəmanət xidməti səlahiyyətli servis mərkəzləri tərəfindən həyata keçirilir. Xidmət mərkəzlərinin ünvanlarını veb saytımızın “Xidmət mərkəzləri” səhifəsindən əldə edə bilərsiniz.
  3. Zəmanət xidmətinin yerinə yetirilməsi üçün icbari şərt, satış tarixini təsdiq edən sənədin olmasıdır (məhsulun adını, zəmanət müddətini, satış tarixini və cihazın seriya nömrəsini və ya kassa mədaxil qəbzini özündə əks etdirən zəmanət kartı).
  4. Zəmanət öhdəlikləri istehsalçısının təqsiri ucbatından yaranmış qüsurları olan məhsulları əhatə edir. Zəmanət müddəti satış tarixindən hesablanır və smartfonlar üçün nəzərdə tutulur:
    • Əsas məhsul üçün - alınma tarixindən 12 ay, lakin məhsulun istifadə müddəti ərzində;
    • Komplektasiyada təchiz olunmuş batareya, enerji doldurma cihazı, yaddaş kartı üçün - satın alınma tarixindən 6 ay, lakin məhsulun istifadə müddəti ərzində.

    Mi Band fitness bilərzikləri üçün:

    • Əsas məhsul üçün - alınma günündən 6 ay, lakin məhsulun istifadə müddəti ərzində;
    • Komplekasiyada təmin edilmiş kəmər üçün məhsulun satın alındığı gündən 14 gün, lakin məhsulun istifadə müddəti ərzində.

    3-cü bənddə göstərilən sənədlər olmadıqda, zəmanət müddəti məhsulun istehsal tarixindən hesablanır.

    Komplektdə təchiz edilən akkumlyator batareyası, enerji doldurma cihazı, kabel, yaddaş kartı da daxil olmaqla, məhsulun istifadə müddəti istehsal tarixindən etibarən 24 ay təşkil edir.

    İstehsalçının zəmanət öhdəlikləri örtüklərə, çantalara, tutacaqlara, dəyişdirmə panellərinə, bilərziklərə və komplektə daxil olan digər aksessuarlara şamil edilmir.

  5. İstehsalçı zəmanət öhdəliyi daşımır və aşağıdakı hallarda məmulat üçün pulsuz satış sonrası xidmət göstərmir:

    • əgər məhsulun zəmanət müddəti satış tarixindən etibarən bitərsə;

    • əgər məhsulun istifadə müddəti istehsal edildiyi tarixdən bitərsə;

    • əgər məhsulun istehsal tarixindən smartfonlar üçün 12 aydan, MiBand fitness bilərzikləri üçün 6 aydan artıq vaxt keçibsə (yalnız cihazda kassa mədaxil qəbzi kimi satış tarixini təsdiqləyən sənədlər olmadıqda, və ya məhsul və satıcı haqqında məlumatların düzgün doldurulduğu zəmanət kartı olarsa) ;

    • məhsuldakı IMEI və seriya nömrəsini özündə əks etdirən yarlıq zədələndikdə və ya mövcud olmadıqda, zəmanət plombu zədələndikdə və ya mövcud olmadıqda, nəmlik indikatoru məmulatda rütubətin olduğunu göstərdikdə;

    • əgər məhsulun IMEI nömrələri dəyişdirilərsə;

    • şəxsi istifadə üçün nəzərdə tutulan məhsul kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edildikdə, habelə bilavasitə təyinatına uyğun olmayan digər məqsədlər üçün istifadə edildikdə;

    • İstehlakçıya komplektdə məhsulla birlikdə təqdim edilən istifadəçi təlimatlarında və digər sənədlərdə göstərilən istismar qaydaları və şərtlərinin pozulması;

    • əgər məhsulda səriştəsiz təmir izləri olarsa və ya məhsulun səlahiyyətli xidmət mərkəzindən kənarda açılmasına cəhd edilərsə, qüsurlar əvvəlcədən quraşdırılmış sistem proqram təminatına müdaxilə səbəbi ilə yaranarsa;

    • əgər ekranda iki (2) və ya daha az qüsurlu piksel olarsa, bu, istehsalçının siyasətinə görə zəmanət qüsuru hesab edilmir;

    • əgər zədələnmə (qüsurlar) virus proqramlarının təsiri nəticəsində yaranıbsa, əvvəlcədən quraşdırılmış proqram təminatına müdaxilə və ya üçüncü tərəfin proqram təminatından (qeyri-orijinal) istifadə səbəbi ilə yaranıbsa. İstehsalçı, zavod parametrləri ilə əlaqəli olmayan, lakin istismar xüsusiyyətləri və ya üçüncü tərəfin proqram təminatlarının quraşdırılması səbəbi ilə məhsulun qeyri-stabil işləməsi və /və ya  əməliyyat sisteminin istismarı nəticəsində məhsulda yarana bilən hər hansı nasazlıqlara, qüsurlara görə cavabdehlik daşımır;

    • əgər məhsulun istifadəçi kilidi, qrafiki açar quraşdırılbsa, istifadəçi Google və Mi hesabının qeydiyyat məlumatları üçün parolları unutmuşdursa.

    • əgər qüsur qeyri-orijinal aksesuarların və ya Xiaomi şirkətinin istehsal etmədiyi digər məhsulların istifadəsi nəticəsində yaranıbsa;

    • əgər qüsur fors-major halları (məsələn, zəlzələ, yanğın, ildırım vurması, elektrik şəbəkəsinin  qeyri-sabitliyi), bədbəxt hadisələr nəticəsində, xüsusilə də istehlakçının və ya üçüncü şəxslərin qəsdən və ya ehtiyatsızlığı üzündən yaranıbsa;

    • əgər məhsulun istehlakçıya təhvil verilməsindən sonra məhsulda mexaniki zədələr (çatlar, dəliklər) aşkar edilərsə; nəmişlik, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşmə kənar kimi təsirlərə məruz qalması, kənar əşyaların, cisimlərin, maddələrin, mayelərin, həşəratların məhsulun içərisinə daxil olması nəticəsində yaranan qüsurlar;

    • əgər qüsurlar və ya zədələr məhsulun uzun müddətli istismarı nəticəsində təbii aşınma səbəbi ilə yaranıbsa.