Malın geri qaytarılması şərtləri

Sifarişin ləğvi

Malı alıcıya təhvil verməzdən əvvəl sifarişdən istənilən vaxt imtina etmək mümkündür. Əgər sifariş əvvəlcədən ödənilibsə, support.ru@mi-shop.com elektron poçtuna yazmaqla ödənişi tam şəkildə kart hesabınıza geri qaytara bilərsiniz.

Geri qaytarılma

Mi-shop.com internet mağazasından onlayn (kuryer çatdırılma ilə) alış-veriş etdiyiniz zaman müvafiq keyfiyyətə malik malı, onun alınma tarixindən 14 (on dörd) gün ərzində (Azərbaycan Respublikasının  İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunu, maddə 7.3) qaytara bilərsiniz. Bu halda, çatdırılma xərcləri alıcı tərəfindən ödənilir.

Texniki nasazlıqlar aşkar edildiyi halda, alıcı malın alınmasından 14 gün dən sonra alıcı cihazı zəmanət şərtlərinə uyğun olaraq təmir etdirə edə bilər. Bu halda, texniki ekspertiza aparılacaq. (göstərilən müddətdən sonra məhsul zəmanətli təmirə göndərilir). Geri qaytarılmış mal:

Diqqət yetirin: geri qaytarılma şərtləri avadanlıqların istismarını, sınaq məqsədləri üçün istifadəsini və ya malların digər məqsədlər üçün istifadəsini nəzərdə tutmur. Sizin fikrinizi dəyişmək hüququnuzu qəbul edirik, lakin istifadə olunmuş malların geri qaytarılmasından və ya dəyişdirilməsindən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

Məhsula hədiyyə və ya əlavə aksesuarlar əlavə edildiyi təqdirdə, onlar da həmçinin müəyyən edilmiş qaydalara uyğun olaraq geri qaytarılmalıdır.

* Bu şərtlər yalnız mi-shop.com internet mağazasında onlayn alış-veriş etdikdə etibarlıdır.

Geri qaytarılma üçün aşağıdakı addımları yerinə yetirin:

  1. Malların geri qaytarılması / dəyişdirilməsi üçün tələb olunan formanı doldurun (Yükləyin)
  2. Ərizənin skan edilmiş nüsxəsini support.ru@mi-shop.com elektron poçt ünvanına göndərin. Qaynar xəttə zəng etməklə ərizənin alınması faktını təsdiqləyə bilərsiniz.
  3. Malın geri qaytarılmasını və mağazaya göndərilmə üsulunu təsdiqləmək üçün bizim operator  Sizinlə əlaqə saxlayacaq. Çatdırılma xərci Alıcı tərəfindən qarşılanır. Malları aşağıdakı ünvanda yerləşən təhvil alma məntəqəsinə şəxsən gətirə bilərsiniz: Bakı şəhəri, Üzeyir Hacıbəyli küç,16
  4. Mallarla birlikdə məhsulun dəyişdirilməsi haqqında ərizənin əslini və satınalmanı təsdiq edən sənədləri poçt-kuryer xidmətinin əməkdaşına təhvil vermək lazımdır.
  5. Geri qaytarılmış malların kompektasiyasına və vəziyyətinə dair iddialar olmadıqda, pul vəsaiti anbara daxil olduğu andan 10 iş günü ərzində geri qaytarılacaq.  Ödəniş məbləğlərin geri qaytarılması ödənişin edildiyi bank kartına və ya müştərinin hesablama hesabına həyata keçirilir.
  6. Hər hansı bir iradınız olarsa, operatorumuz Sizinlə əlaqə saxlayacaq:
    • — dəstin bir hissəsi olmadıqda, onların dəyəri çıxılacaq
    • — məhsulda və ya qablaşdırmada mexaniki zədələnmə olarsa, əlavə ekspertiza aparılacaqdır.