Xiaomi onlayn mağazasında ödəniş
Kartla onlayn ödəmə
Sifarişiniz üzrə ödənişi onlayn olaraq kredit kartından istifadə etməklə həyata keçirə bilərsiniz.
- Biz “Access Bank”-ın ödəniş şlüzündən istifadə edirik və aşağıdakı kartları qəbul edirik: VISA, MasterCard,Bir Kart,Albalı.
- Sifariş üzrə ödəniş dərhal və ya verildikdən sonra 48 saat ərzində həyata keçirilə bilər. Bu vaxt ərzində mallar sizin adınıza rəsmiləşdirilir.
- Zəhmət olmasa plastik kartınızı əvvəlcədən hazırlayın. Ödəniş şlüzünə qoşulma və məlumatların ötürülməsi SSL şifrələmə protokolundan istifadə etməklə qorunan rejimdə aparılır.
Bankınız təhlükəsiz onlayn ödənişlər üçün Verified By Visa və ya Master Card Secure Code texnologiyasını dəstəkləyirsə, ödənişi həyata keçirmək üçün Sizdən xüsusi bir şifrə də daxil etməniz tələb oluna bilər. Siz, internet üzərindən onlayn ödənişlərin həyata keçirlməsi üçün şifrələrin əldə edilməsi yolları və imkanları haqda məlumatları kartı verən bankda dəqiqləşdirə bilərsiniz.
Bu sayt 256 bit şifrələməni dəstəkləyir. Təqdim olunan fərdi məlumatların məxfiliyinin qorunması “Access Bank” tərəfindən təmin edilir. Daxil edilmiş məlumatlar, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü tərəflərə təqdim olunmayacaq.Bank kartı ilə ödənişlər ödəmə sistemlərinin tələblərinə ciddi riayət edilməklə həyata keçirilir.
Poçt-kuryer xidmətinə nağd və ya kartla ödəmə
Sifarişi təhvil aldıqdan sonra sifariş üzrə ödənişi nağd və ya kredit kartı ilə həyata keçirə bilərsiniz: poçt-kuryer xidmətinə və ya təhvil alma məntəqəsində.Sifarişi təhvil aldıqda ödəniş imkanları mövcudluğu bölgəyə, məhsula və ya promo aksiyaya görə dəyişə bilər. Sifarişi təhvil aldıqda ödəniş imkanını sifarişin rəsmiləşdirilməsi zamanı müəyyən etmək mümkündür.